RU

Azərbaycanda yeni yaradılan klubun baş məşqçisi BƏLLİ OLDU

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Yeni yaradılan qızlardan ibarət “Bakı” həndbol komandasının baş məşqçisi müəyyənləşib. Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Çingiz Əzimova tapşırılıb. 

 

Əlcəzairdə bu ölkənin kişi və qadın millilərinin baş məşqçisi olmuş təcrübəli mütəxəssis Azərbaycanda da bəzi klublarda işləyib. O, müxtəlif illərdə qadınlardan ibarət ABU, “Qarabağ”, “Azəryol” və “İdman Akademiyası” kimi klubların, o cümlədən milli komandanın baş məşqçisi olub.

Qeyd edək ki, gənc oyunçulardan formalaşan “Bakı”nın heyətindəki həndbolçular 15-20 yaş aralığındadır.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
4
bizim.media

5Источники