RU

"Yuventus"un müdafiəçisi əməliyyat olunacaq

BAKI, 13 oktyabr. TELEQRAF

İtaliya "Yuventus"unun zədəli futbolçusu Qleyson Bremerin durumuna aydınlıq gətirilib.

Teleqraf xəbər verir ki, braziliyalı müdafiəçi Fransanın Lion şəhərində tibbi müayinədən keçib.

Onun sol dizində medial menisk zədəsi aşkarlanıb.

28 yaşlı oyunçu menisküsün zədələnmiş hissəsinin qismən çıxarılması üçün artroskopik əməliyyat keçirəcək.

Prosedurdan sonra Bremerin "Yuventus"un tibbi heyətinin nəzarəti altında reabilitasiya keçəcəyi gözlənilir. Onun meydana qayıdışı daha sonra açıqlanacaq.

Избранный
4
1
teleqraf.com

2Источники