RU

Kaya Kallas: “Rusiya üzrə xüsusi tribunal yardaılır”

AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiyevdə Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, sözügedən tribunlaın işə başlaması üçün bu ilin may ayında Lvovda Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirlərinin iclası keçirilib.

“Eyni zamanda, qış dövründə Ukraynaya dəstək üçün Aİ artıq 800 milyon avro səfərbər edib və daha 100 milyon avro ayırmağı planlaşdırır. Biz mənfi hava şəraitindən qorunmaq üçün generatorlar, sığınacaqlar və avadanlıqlar üçün əlavə 100 milyon avro ayırmağa çalışırıq”, - xanım Kallas diqqətə çatdırıb.

Aİ diplomatiyasının rəhbəri həmçinin hazırda Rusiya iqtisadiyyatının daha zəif olduğunu iddia edib.

- Biz bilirik ki, Rusiyanın hərbi iqtisadiyyatı onsuz da zəifdir və daha da zəifləyəcək. İnflyasiya 20%-dən yuxarıdır, pul ehtiyatları azalır, artım sıfıra yaxınlaşır. Deməli, ehtimal etmək olar ki, vaxt bir müddət Rusiyanın tərəfində idi, indi isə Ukrayna tərəfindədir”,- Kaya Kallas bildirib.

Onun fikrincə, cəbhə xəttində Rusiyanın əks-hücumları nəzərə çarpır, Moskvanın yay və payıza panlaşdırılan hücum əməliyyatları isə“uğursuzluğa” düçar olub.

Sahil İsgəndərov
AzVision.az
Избранный
2
1
azvision.az

2Источники