RU

QR ödənişlər bu sahələri də əhatə edəcək - Qiymət artımını dayandıracaq?

Mərkəzi Bank ölkədə QR ödənişlərin genişləndirilməsi ilə bağlı yeni proseslərə başlayıb. Bildirilib ki, məqsəd Azərbaycanda QR ödənişləri mümkün bütün sahələrdə tətbiq etməkdir.


Bəs QR ödənişlərin mahiyyəti nədir? Hansı sahələrdə QR ödənişlərin tətbiqi daha effektiv ola bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında bildirib ki, QR ödənişlərin tətbiq edilməsində əsas məqsəd məhz post terminallardan istifadə ilə bağlı xərclərin minimumlaşdırılmasından ibarətdir.


“Biz QR ödənişlərin daha geniş sahədə tətbiqi ilə bağlı Mərkəzi Banka da təkliflərimizi göndərmişdik, çünki monitorinqlər göstərir ki, bütövlükdə post-terminallardan istifadə xərclərinin yüksək olması həm satış, həm də xidmət sektorunda fəaliyyət göstərən sahibkarların xərclərinə təsir göstərir. Xüsusən də, bu, şəbəkə biznesinin kiçik, orta sahibkarlara təqdim etdiyi təkliflərin xərcini artırır. Post-terminal xərclərinin yüksək olmasına əsas səbəb də beynəlxalq ödəniş sistemlərindən istifadə ilə bağlıdır”.

Deputat qeyd edib ki, QR ödənişlərin istifadə olunması praktik olaraq xərclərin azalmasına gətirib çıxaracaq. Nəticə etibarı ilə kiçik və orta sahibkarlar üçün daha uyğun təkliflərin artmasına imkan yaradacaq.

“Xərclərin azaldılması hətta bəzi xidmətlər və eyni zamanda bəzi məhsulların da xərclərinə və dolayısıyla qiymətlərinə də təsir göstərir. Buna görə də düşünürəm ki, bu həm də qiymət artımının qarşısını almaq üçün də çox vacibdir”.

 

Fidan Vəlisoy 

Избранный
20
manset.az

1Источники