RU

HƏMAS Trampın Qəzzailə bağlı bəyanatını alqışladı

Ajans.az xəbər verir ki,bu barədə təşkilatın sözçüsü Hazem Qassem öz Telegram kanalında məlumat verib. “Biz İsrailin Qəzzadakı müharibəsinin sona çatdığını açıq şəkildə təsdiq edən ABŞ prezidenti Trampın bəyanatını alqışlayırıq”, – deyə Qassem bildirib. HƏMAS eyni zamanda vasitəçi ölkələri və digər maraqlı tərəfləri bölgədəki vəziyyəti diqqətlə izləməyə, fələstinlilərə qarşı təcavüzün təkrar başlanmasının qarşısını almağa çağırıb. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı əldə olunan razılaşmanın “yeni Yaxın Şərqin tarixi şəfəqi” olduğunu bəyan edib və bölgə sakinlərini diqqəti iqtisadi inkişafa və sabitliyə yönəltməyə səsləyib.

 

Избранный
10
Ajans.az

1Источники