RU

Naxçıvanda səyyar aqronom xidmətinə start verilib

Naxçıvan Muxtar Respublikasında payızlıq taxıl əkinləri ilə əlaqədar fermerlərə səyyar aqronom xidmətinin göstərilməsinə başlanılıb. Layihə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir və mərhələli şəkildə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.

XQ xəbər verir ki, səyyar xidmət çərçivəsində peşəkar aqronomlar bölgələrdə fermerlərlə görüşlər keçirir, torpaq hazırlığı, toxum səpini, gübrələmə və suvarma məsələləri üzrə yerində məsləhətlər verir, eyni zamanda aqrotexniki qaydalara əməl olunmasına nəzarət edirlər.

Layihənin əsas məqsədi təsərrüfat risklərini minimuma endirmək, məhsuldarlığı artırmaq və fermerləri müasir aqrotexniki yanaşmalar barədə məlumatlandırmaqdır.

“Səyyar aqronomluq xidməti fermerlərin qapısına qədər gələn dəstək mexanizmidir. Bu təşəbbüs onların daha uğurlu nəticələr əldə etməsinə şərait yaradacaq,”-deyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Bəybala Rüstəmov bildirib.

Fermerlər xidmətdən yararlanmaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlaya bilərlər.

Избранный
25
2
xalqqazeti.az

3Источники