RU

AFFA apellyasiya şikayətini qəbul etmədi

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" klubunun oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

"Unikal" xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı II turda "Göygöl"lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilən kapitanın cəzasını qüvvədə saxlayıb.

Qeyd edək ki, "Göygöl" və "Kür-Araz" klubları arasında keçirilən görüşdən sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə E.Məmmədov 4 oyun cəzalanıb. "Kür-Araz" klubu isə 1000 manat cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
8
unikal.az

10Источники