RU

Azərbaycanlı pilot kartinq Dünya Kartinq Çempionatında tarix yazdı

Bu il İtaliyanın Lonato şəhərində yerləşən "International South Garda" trekində 24-cü Dünya Kartinq Çempionatının (World Grand Final) yarışları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, beş kateqoriya üzrə təşkil olunan yarışlarda trekin uzunluğu 1200 metr olub. 2001-ci ildən bəri keçirilən turnir kartinq dünyasının ən prestijli tədbirlərindən biri sayılır.

Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın müxtəlif ölkələrindən 607 pilot qatılıb.Çətin hava şəraiti və yüksək rəqabət fonunda keçirilən bu yarışda Portuqaliyanı təmsil edən üç sürücüdan biri, eyni zamanda Azərbaycan motorsportunun gənc istedadı Davin Cəfərov da iştirak edib. O, BirelArt Portuqaliya komandasının heyətində ilk dəfə olaraq BMB kateqoriyasında və dünya çempionatında start alıb.

Təsnifat mərhələsində yüngül qəza səbəbindən 32-ci yerdən start götürməyə məcbur qalan Davin, möhtəşəm performans göstərərək yarımfinal və final mərhələlərinə yüksəlib. Finalda o, 24 ötmə edərək italyan pilot Lorenzo Pignanellinin 14 ötməlik rekordunu qırıb və eyni zamanda yarışın ən sürətli dövrəsini (fastest lap) nümayiş etdirib.

Bu nəticə şərhçilər və yarış iştirakçıları arasında böyük marağa səbəb olub. Davin Cəfərov yekunda finişə 8-ci çatıb.

Yarışdan sonra bir neçə beynəlxalq komandanın pilotları və rəhbərləri BirelArt Portuqaliya tentinə yaxınlaşaraq Davinlə tanış olub, ona gələcək karyerasında uğurlar arzulayıblar. Onların arasında İtaliyanın Milan şəhərində yerləşən AW Racing komandasının rəhbərliyi də olub. Komanda Davinə öz sıralarına qoşulmaq təklifini edib. Lakin gənc pilot hələlik BirelArt komandası ilə mübarizəsini davam etdirməyi üstün tutub.

İlin sonuna qədər Davinin daha iki beynəlxalq yarışda iştirakı gözlənilir.

Избранный
12
6
90deqiqe.az

10Источники