RU

Qurban Qurbanov braziliyalı futbolçuya maraq göstərdi - FOTO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın son turunda “Kəpəz”lə oyundan (1:0) sonra rəqib komandanın futbolçusuna maraq göstərib.

İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Kəpəz”in 22 yaşlı mərkəz müdafiəçisi Cefferson Bentunun çıxışını bəyənib.

Q.Qurbanov 193 sm boya malik braziliyalının oyun intizamı və fiziki göstəricilərini yüksək qiymətləndirib.

Bildirilir ki, “Qarabağ” baş məşqçisinin istəyilə yay “transfer pəncərəsi”ndə müdafiəçini heyətə qatmaq ehtimalını nəzərdən keçirəcək.

İdman.Biz

Избранный
15
idman.biz

1Источники