RU

Prezidentin Sülh Sammitinə dəvət edilməsi Azərbaycanın Avrasiya məkanının strateji oyunçularından biri olduğunun təsdiqidir

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

"Azərbaycan qlobal proseslərin fəal iştirakçılarından biridir. Ölkəmizin artan nüfuzu və siyasi çəkisi artıq danılmaz reallıqdır. Bir neçə gün ərzində cənab Prezident İlham Əliyevin sıx diplomatik təmasları, keçirdiyi yüksək səviyyəli görüşlər ölkəmizin qlobal arenadakı rolunu aydınlaşdıran tablodur".Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, Qəzza problemi beynəlxalq ictimaiyyətin əsas müzakirə mövzularından biridir və bu kontekstdə diqqətlər hazırda Misirə yönəlib:"Orada baş tutacaq Sülh Sammiti anklavın gələcək taleyini həll edəcək mühüm dönüş nöqtəsidir. Bu mənada, Prezident İlham Əliyevin Misirdə keçiriləcək Beynəlxalq Sülh Sammitinə dəvət edilməsi Azərbaycanın Avrasiya məkanının strateji oyunçularından biri olduğunun təsdiqidir".Pərviz Mirizadə qeyd edib ki, Azərbaycan həm Ərəb dünyası, həmdə İsraillə sıx əməkdaşlıq portfeli formalaşdıran nadir dövlətlərdən biridir:"Ölkəmizin təcrübəsi və siyasi əlaqələri münaqişənin həll edilməsinə öz töhfəsini verə bilər. Çünki yaxın keçmişdə Bakı bir münaqişə səhifəsini ardıcıl diplomatik təşəbbüslər fonunda birdəfəlik olaraq həll etdi və yeni siyasi gündən formalaşdırdı. İndi isə Qəzza böhranı ilə əlaqədar bir təcrübə mübadiləsi aparıla bilər. Çünki, cənab Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində hər zaman ədalət, qarşılıqlı hörmət və suverenliyi əsas tutaraq dünya siyasətində özünəməxsus mövqe formalaşdırıb və onun vizyonu, sülh siması tərəflər üçün əhəmiyyətlidir".Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
newscenter.az

2Источники