RU

Çin: “ABŞ gəmilərinə tətbiq olunan liman rüsumları beynəlxalq rəqabətdə ədaləti təmin etməyə yönəlib” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin rəsmi nümayəndəsi Lü Daluyan bildirib ki, ABŞ bayrağı altında üzən gəmilərə tətbiq edilən liman rüsumları beynəlxalq dəniz daşımaları və gəmiqayırma bazarında ədalətli rəqabəti qorumağa xidmət edir.

"Bu rüsumlar Çin sənaye və şirkətlərinin qanuni maraqlarını müdafiə etmək, eləcə də beynəlxalq bazarda ədalətli rəqabəti təmin etmək məqsədi daşıyan zəruri cavab addımlarıdır," - deyə o, mətbuat konfransında qeyd edib.

Lü Daluyan əlavə edib ki, ABŞ-nin Çinə qarşı analoji tədbirləri açıq-aşkar proteksionizm və birtərəfli siyasətin nümunəsidir:
"Ümid edirik ki, Amerika tərəfi öz səhvlərini anlayacaq, qarşılıqlı razılaşma ruhunda Çinlə əməkdaşlığa qayıdacaq və dialoq yolunu bərpa edəcək," - deyə o vurğulayıb.

Çinin qərarına əsasən, 14 oktyabrdan etibarən ABŞ-yə məxsus və ya ABŞ vətəndaşlarının birbaşa və ya dolayı şəkildə 25 faizdən çox paya malik olduğu gəmilər üçün xüsusi liman rüsumları qüvvəyə minəcək.

Rüsumun məbləği 1 netton üçün 400 yuan (təxminən 56 dollar) təşkil edəcək. Bu məbləğ 17 aprel 2026-cı ildən 640 yuana, 2027-ci ildən 880 yuana, 2028-ci ildən isə 1 120 yuana (təxminən 157 dollar) qədər artırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
olaylar.az

1Источники