RU

Daha bir milli DÇ-2026-ya vəsiqəni təmin etdi

DÇ-2026-ya vəsiqə qazanan daha bir milli komandanın adına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, Qana millisi mundialın iştirakçıları sırasına adını yazdırıb.

Sözügedən kollektiv Afrika zonası üzrə seçmə mərhələnin son turunda Komor adalarını Muhammed Kudusun qolu sayəsində 1:0 hesabı ilə yenərək istəyinə çatıb. 

Qana seçmə mundialda iştirakı dəqiqləşən 21-ci yığma olub. Daha öncə Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya, Əlcəzair və Yeni Zelandiya da bunu bacarıb. ABŞ, Kanada və Meksika isə ev sahibləri olduqları üçün DÇ-yə qatılacaqlar.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Qarşıdakı dünya birinciliyində tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq. Turnirin final oyunu ABŞ-ın Nyu-Cersi ştatındakı "Metlife Stadium"da keçiriləcək.  

Избранный
28
fanat.az

1Источники