Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ötən ayla müqayisədə bu ay unun topdansatış qiymətlərində artım müşahidə edilir.
Oxu.Az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatlara əsasən unun qiymətinin müqayisəli təhlilini aparıb.
Sentyabrın 15-də elan edilən 50 kiloqramlıq unun topdan satış qiymətilə oktyabrın 6-da təqdim edilənlər arasında 30-60 qəpik arası fərq özünü göstərir.
Ən az qiymət artımına görə "Dəvəçi-Dəyirman" MMC birinci yerdə qərarlaşıb. Sözügedən şirkət ötən ayla müqayisədə məhsulunda 30 qəpik artım edib. İkinci yerdə isə 40 qəpik artım ilə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM şirkəti gəlir.
Qiymət artımının olduğunu əks etdirən cədvəli təqdim edirik:

Maraqlıdır, bəs görəsən, unun qiymətinin artması çörəyin bahalaşmasına səbəb olacaqmı?
Mövzu ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Xalid Kərimli çörəyin qiymətində artım olmayacağını söyləyib:
"Çörəyin qiymətində artım olacağını ehtimal etmirəm. Dünya buğda bazarında, London birjasında bu gün heç bir dəyişiklik yoxdur, son bir ilə nəzər saldıqda 16.3 faiz, son 6 ayda isə 10 faiz ucuzlaşma olduğu görünür. ABŞ-nin buğda katirovkasında azalma var, düzdür bu gün 0.3 faizlik cüzi artım var, lakin bu buğda qiymətlərinin kəskin bahalaşmasına əsas vermir.
Çörəyin qiymətində bahalaşma olarsa, bu daxili faktorla əlaqədar olacaq. Dünya buğda bazarında, əmtəə birjasında qiymətlərin artması ilə əlaqədar olmayacaq.
Ölkədə xərclər artır, Tarif Şurasının verdiyi qərarlar (işıq, qazın qiymət artımı) iqtisadiyyatda işgörmə mayasını artırır. İşıq, qazdan istifadə qiymətləri, ictimai nəqliyyatda gedişhaqları və həmçinin ötən il dizel yanacağının qiyməti artdı. Sahibkarların Azərbaycanda fəaliyyətlə (daşıma, istehsal) bağlı xərci artır".
Aygün Mirakif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.