RU

iOs 26 kopyalandı

Çin şirkəti Vivo, iOS 26-nın dizaynını "kopiyalayıb".

Milli.Az xəbər verir ki, Çinli smartfon istehsalçısı "Vivo" yeni "OriginOS 6" əməliyyat sistemində "Apple iOS 26"nın dizaynını açıq şəkildə təkrarlayıb.

Oktyabrın əvvəlində təqdim olunan "OriginOS 6" interfeysi vizual baxımdan iOS 26 ilə demək olar ki, eynidir. "Vivo"nun təqdim etdiyi demo-video iPhone əməliyyat sisteminin "Liquid Glass" dizayn konsepsiyasına bənzəyir.

Yeni əməliyyat sistemində "Control Center" bölməsi, dairəvi ikonalar, yarımşəffaf tətbiq qovluqları və günün vaxtına uyğun dəyişən dinamik divar kağızları kimi elementlər diqqət çəkib. Vivo nümayəndələri isə sistemi "heç bir gecikmə və donma olmadan, istifadəçiyə tam uyğun hərəkət edən" bir platforma kimi təqdim ediblər.

MacRumors-un fikrincə, Vivo hazırda ABŞ bazarında fəaliyyət göstərmədiyindən Apple şirkətinin hüquqi addımlarından ehtiyat etmir. Lakin qeyd olunur ki, şirkət yaxınlarda Vivo X300 FE modelini Şimali Amerika bazarında satış üçün sertifikatlaşdırıb.

Qeyd edək ki, Apple bu ay iOS 26 üçün yeni yeniləmə yayıb. Şirkət bu versiyada bir sıra xətaları aradan qaldırıb və CVE-2025-43400 kimi təhlükəsizlik boşluğunu bağlayıb.

İsmayıl
Milli.Az

Избранный
8
1
milli.az

2Источники