ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen sabah Ermənistana səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
ATƏT sədrinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş baş tutacaq, daha sonra birgə mətbuat konfransı keçiriləcək.