RU

Qana dünya çempionatına vəsiqə qazandı

DÇ-2026-ya vəsiqə qazanan daha bir komanda məlum olub.

Msport.az xəbər verir ki, Qana millisi gələn il mundialda iştirak edəcək.

Komanda Afrika zonası üzrə seçmə mərhələnin son turunda Komor adalarını məğlub edib. Qananın yeganə qolunu Məhəmməd Kudus vurub.

Qana DÇ-2026-da iştirakı rəsmiləşən 21-ci ölkədir. Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya, Əlcəzair və Yeni Zelandiya da bunu bacarıb. ABŞ, Kanada və Meksika isə ev sahibi ölkələr kimi mundiala vəsiqə qazanıblar.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Избранный
19
5
msport.az

10Источники