RU

Razim Abbasovun villasında əməliyyat: Sabiq deputatın ŞOK ƏMƏLİ üzə çıxdı - FOTOLAR

Rusiyanın Krasnoyarsk diyarında xüsusi təyinatlı polis qüvvələri (SOBR) 65 yaşlı iş adamı və keçmiş deputat Razim Abbasovun villasında əməliyyat keçirib. Hadisə 10 oktyabrda baş verib.

Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, “Monolit Holding” şirkətinin sabiq rəhbərinin evinə reyd zamanı qapı zorla açılıb. Axtarışda BMW və Jaguar markalı avtomobillər, müxtəlif valyutalarda pullar, “Burberry” saatları və vergi yayınması ilə bağlı faktlar tapılıb.

İstintaqın versiyasına əsasən, Abbasov saxta müqavilələr vasitəsilə təxminən 250 milyon rubl (2,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur. Onun həmçinin 10 milyon rubl dəyərində qanunsuz maliyyə əməliyyatları həyata keçirdiyi bildirilir.

Məhkəmə Abbasovun barəsində ev dustaqlığı qərarı çıxarıb. Ona şahidlərlə əlaqə saxlamaq və bölgəni tərk etmək qadağan olunub.

Şirkət rəhbərliyi hadisə ilə bağlı açıqlama verməyib, yalnız “Monolit Holding fəaliyyətini adi rejimdə davam etdirir” bəyanatını yayıb.

Musavat.com

Избранный
9
3
musavat.com

4Источники