Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Msport.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Rahil Məmmədov Ukrayna yığması ilə keçiriləcək oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Krakovda Ukrayna seçməsi ilə qarşılaşacaq.