Rusiyanın Krasnoyarsk diyarında xüsusi təyinatlı polis qüvvələri (SOBR) 65 yaşlı iş adamı və keçmiş deputat Razim Abbasovun villasında əməliyyat keçirib. Əməliyyat 10 oktyabrda baş tutub.
Publika.az Modern.az-a istinadla xəbər verir ki, Rusiya mediasının məlumatına görə, “Monolit Holding” tikinti şirkətinin sabiq rəhbəri olan Abbasovun yaşadığı villanın qapısı mişarla sındırılıb.
Axtarış zamanı BMW və "Jaguar" markalı avtomobillər, müxtəlif valyutalarda pul dəstələri, bahalı “Burberry” saatları və vergi yayınmasından bəhs edən kitab aşkar edilib.
İstintaq versiyasına əsasən, Abbasov illərlə müxtəlif təşkilatlarla saxta əməkdaşlıq müqavilələri imzalayaraq dövlətə ödənilməli vergiləri azaldıb. Bu yolla o, təxminən 250 milyon rubl (təxminən 2,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.
Bundan əlavə, saxta sənədlər vasitəsilə 10 milyon rubl həcmində maliyyə transferləri də həyata keçirildiyi bildirilir. Saxlanılma anında əməkdaşlardan biri Abbasova belə deyib: