RU

Şahismayıl qol vurdu, Özbəkistana məğlub olduq

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.

Komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Избранный
12
sportinfo.az

1Источники