ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq görülməməsinin əsas səbəbi, onun bu istiqamətdə yürütdüyü siyasətin tərkibində olan natamamlıqla bağlıdır.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Nobel Sülh Mükafatı, Norveç Nobel Komitəsi tərəfindən "Millətlərarası sülhün və əmin-amanlığın qurulması, orduların və silahların azaldılması" və digər sülh təşəbbüsləri istiqamətində görülən işlərdən dolayı verilir. Dünyanın gözü önündə İstər Tramp hakimiyyəti olsun, istərsə də ondan əvvəlki Bayden hakimiyyətinin, dünyada baş verən münaqişə və müharibələrdən dolayı proseslərə təsir etməmələri və ciddi şəkildə yanaşmamaları, nəzarət mexanizmləri yüksək səviyyədə var ikən, proseslərə məhz öz çıxarları tərəfindən yanaşmaları, Rusiya-Ukrayna, İsrail-Fələstin arasında baş verənlərə məhz siyasi nöqteyi-nəzərdən müdaxilə etmələri və qiymətləndirmə aparmaları, Nobel Sülh Mükafatının bu ölkəyə getməsini təmin edə bilməzdi və bu haqlı olaraq baş vermədi" - politoloq deyib.
Onun fikrincə, doğrudur, Trampın səyləri və təşəbbüsləri var, amma, bu münaqişələrin köklü səbəblərinin həlli üçün kifayət etmədi və Rusiya-Ukrayna müharibəsində isə atəşkəs belə əldə olunmadı və müharibə davam etməkdədir. Nüvə silahının təhlükələri dünya üçün aradan qaldırılmadı və bu təhlükə mənbəyi dünyanın bir nömrəli problemi olaraq qalmaqdadır:
"Bütün bunlar və səbəb olaraq Trampa mükafatın verilməməsinə qərar verən Norveç Nobel Komitəsinə imkan verdi ki, Tramp bu mükafata layiq görülmür".
Cavid