RU

"Belə davam etsək, inanıram ki, nəticə olacaq" - Ayxan Abbasov

Futbol üzrə Azərbaycan millisi sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna yığması ilə üz-üzə gələcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb: 

“Sabah bizi yenə gərgin oyun gözləyir. Səfərdə iki matça çıxmaq çətindir. Bu oyunlar arasındakı müddəti nəzərə alsaq, oyunçularda yorğunluq hiss olunur. Bilirik ki, rəqib bu oyuna final kimi yanaşır. Səfərdə İslandiya üzərində qələbə onların da şanslarını artırıb.

Biz gələcəyə ümidlə baxmaq istəyiriksə, bu oyunlarda yaxşı mübarizə aparmalıyıq. Ona görə də, bunları futbolçularıma da çatdırmışam.

Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi, Ukrayna müdafiədən oynayırdı, bizim də onlarla vəziyyətimiz eynidir. Əsas odur ki, fikrimiz var, futbolçulara da çatdırmışam. Onu həyata keçirməyə çalışacağıq.

Ukrayna komandasında güclü futbolçular var. Həyətində keyfiyyətli oyunçular çıxış edir. Bunu son oyunda da gördük. Güclü hücumçuları, müdafiəçiləri var. Avropada çıxış edən oyunçuları var. Bunları da oyunçularımıza göstərmişik, fikirlərimizi çatdırmışıq. Məncə, yaxşı komandaları var.

Bəli, 23-lükdən kənarda qalan futbolçularımız bəllidir. Təəssüf ki, İsmayıl və Ceyhun oyunda iştirak edə bilməyəcəklər. Renat Dadaşovun da zədəsi var.

Əlbəttə, biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Ən çətin oyunda belə, “biz qələbə qazanmaq istəmirik” demirik. Bu gün futbolda istənilən nəticə mümkündür. Sevinirəm ki, futbolçularım bunu anlayır. Belə davam etsək, inanıram ki, nəticə olacaq.

Ukrayna millisinə qarşı Bakıda ilk oyunumuz idi, rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Məncə, Bakıdakı matçda bir xalı haqq edirdik. Oyunçular yaxşı mübarizə apardı. Futbolda belə hallar olur”.

Azərbaycan millisi hazırda 1 xalla D qrupunda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Избранный
9
fanat.az

1Источники