RU

“Kristal Pelas” Mark Gehinin əvəzinə namizəd tapıb

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Kristal Pelas” klubu müdafiəçisi Mark Gehinin qışda komandadan ayrılması ehtimalına qarşı potensial əvəzedici tapıb.

İdman.Biz "Football Insider"ə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü komandadan ayrılarsa, klub “Vest Hem Yunayted”in müdafiəçisi Maks Kilmanı transfer etməyə çalışacaq.

Mark Gehinin “Kristal Pelas”la müqaviləsi 2026-cı ilin yayına qədərdir. Əvvəlcə müdafiəçiyə “Liverpul” klubu maraq göstərirdi, lakin bu, komandanın baş məşqçisi Oliver Qlasnerin ultimatumuna görə transfer pəncərəsinin son günündə baş tutmadı.

Qeyd edək ki, Maks Kilman ötən ilin yayından “Vest Hem Yunayted”də çıxış edir. İngiltərə və Ukrayna mənşəli futbolçunun transferi üçün klub “Volverhempton”a 47,5 milyon avro ödəyib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
icma.az

2Источники