BAKI, 11 oktyabr. TELEQRAF
ABŞ Səhiyyə Nazirliyinin yüzlərlə əməkdaşı hökumətin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırılması fonunda verilmiş ixtisar qərarından sonra işlərinə qaytarılıb.
Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, cümə günü təxminən 1,3 min əməkdaşa ixtisar barədə bildiriş göndərildikdən sonra, artıq 700 nəfərXəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) işçisi işlərinə qayıdıb.
Səhiyyə Nazirliyi bildirib ki, ixtisar bildirişləri səhvən göndərilib