RU

Polşa Litvaya qalib gəldi: Levandovski və Şimanski fərqlənib - VİDEO

Dünya çempionatı - 2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti turunda Litva və Polşa yığmaları qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Kaunas şəhərindəki “Daryus və Girenas” stadionunda keçirilən oyunu 2:0 hesabı ilə Polşanın qələbəsi ilə başa çatıb.

Çexiyalı hakim Ondrej Berkanın idarə etdiyi görüşün 15-ci dəqiqəsində Polşanın yarımmüdafiəçisi Sebastyan Şimanski hesabı açıb. 64-cü dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski ikinci qolu vuraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə sayəsində Polşa 13 xalla G qrupunda ikinci yerdə qərarlaşıb. Komanda lider Niderlanddan üç xal geri qalır. Finlandiya isə 7 oyundan sonra 10 xal toplayaraq üçüncü pillədə yer alıb.

İdman.Biz

Избранный
1
1
idman.biz

2Источники