RU

Baydendən xəbər var

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın sabiq prezidenti Co Baydenin prostat xərçəngi müalicəsinin bir hissəsi olaraq radioterapiya müalicəsinə başladığı bildirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baydenin sözçüsü CNN-ə açıqlama verib.

Açıqlamada “Prezident Bayden prostat xərçəngi müalicə planının bir hissəsi olaraq radioterapiya və hormon müalicəsi alır” ifadəsi yer alıb.

Gələn ay 83 yaşını tamamlayacaq Baydenin müalicəsinin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Baydenin ofisindən may ayında verilən açıqlamada sabiq prezidentə “aqressiv prostat xərçəngi” diaqnozu qoyulduğu bildirilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
metbuat.az

2Источники