RU

Rəsul Quliyevin qızı, kürəkəni və nəvəsi 30 il sonra Bakıya gəldi FOTOLAR

ain.az, Mia.az portalına istinadən məlumat verir.

Bu gün sədri olduğum Gələcək Azərbaycan Partiyasının fəxri üzvü, Azərbaycan Respublikası Milli Məclisinin ilk sədri Rasul Guliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycanımıza səfər edib.

Mia.az xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasıf Şakiroğlu məlumat paylaşıb.

Onun sözlərinə görə, səfər proqramı Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və digər dövlət xadimlərinin, ziyalılarımızı, ardınca əziz və dəyərli şəhidlərimizi Şəhidlər Xiyabanında anmaqla başlanıb: 

"Səfər proqramımız olduqca zəngindir. İrəlidə müzəffər Ali Baş Komandanımızın azad etdiyi Qarabağ torpaqlarını ziyarət etmək və digər önəmli görüşlər və tədbirlər var.

Heç şübhəsiz ki, məlum səfər ölkəmizdə 2020-ci ildə təməli qoyulmuş və artıq uzun illərdir davam edən sağlam iqtidar-müxalifət münasibətinin, aparılan uğurlu siyasi dialoqun bariz nümunəsidir.

Öz adımdan, rəhbərlik etdiyim partiya adından başda cənab Prezident Ilham Aliyev, çox hörmətli Birinci vitse-prezident Mehriban Aliyeva olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildirirəm".

Qeyd edək ki, Rəsul Quliyevin qızı da Bakı səfəri ilə bağlı düşüncələrini yazıb.

Onun bu barədə paylaşımı ilə buradan tanış ola bilərsiniz:

https://www.facebook.com/khanoum

Samir MUSAYEV

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
1
mia.az

2Источники