RU

“Qələbə gənc komandamıza özünəinam qazandırdı”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska ABŞ-da keçirilən klublararası dünya çempionatında qazanılan uğurun komandasına müsbət təsir etdiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, Canluka Di Marzio təcrübəli mütəxəssisin fikirlərini belə çatdırıb:

“Yeddi oyunda yeddi fərqli taktika ilə oynadıq. Rəqibləri təəccübləndirməyə çalışdıq və nəticə uğurlu alındı. Komandada çoxlu zədəlilər var idi, amma bu qələbə buna dəyərdi. Heç nəyi dəyişdirməzdim – xüsusilə də qalib gəlmişiksə (gülür). Kubok ağır, amma çox gözəldir, hətta açılıb-bağlanan açarı da var.

Bu qələbə, orta yaşı çox gənc olan komandamıza böyük özünəinam verdi. Məncə, mövsümə yaxşı başlamışıq, zədələrə baxmayaraq.”

Qeyd edək ki, London təmsilçisi finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.“Çelsi” bu mövsüm çoxsaylı itkilərlə üzləşib. Komanda Premyer Liqanın 7-ci turunda səfərdə “Liverpul”la qarşılaşacaq.

Избранный
7
90deqiqe.az

1Источники