RU

Cüdoçularımız beynəlxalq turniri 10 medalla başa vurub - FOTO

Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya Turniri başa çatıb.

Apasport.az xəbər verir ki, son yarış günündə milli komandamızın daha 4 üzvü fəxri kürsüyə qalxıb. 

Qadınlar arasında -70 kq çəki dərəcəsinin finalı Azərbaycan derbisi ilə əlamətdar olub. Südabə Ağayeva qızıl, Aytac Qardaşxanlı gümüş medalı boynundan asıb.

-78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli də gümüş medala layiq görülüb. Kişilərin mübarizəsində Elmar Qasımov (-100 kq) bürünc medal əldə edib. 

Qeyd edək ki, ötən gün Tofiq Məmmədov (-60 kq), Gültac Məmmədəliyeva (-52 kq) qızıl, Hüseyn Allahyarov (-60 kq), Ülviyyə Bayramova (-57 kq) gümüş, Elşən Əsədov (-66 kq) və İbrahim Əliyev (-73 kq) bürünc medalla yadda qalıblar. 

Yekunda 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10 medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü yeri tutub.

Cüdoçularımız Peruya yollanacaqlar

Cüdoçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

DÇ: Cüdoçumuz bürünc medal qazanıb - FOTO

III MDB Oyunları: Azərbaycan cüdoçuları 22 medal qazandılar

III MDB Oyunları: Cüdoçularımız finala yüksəlib

Избранный
43
4
apasport.az

3Источники