RU

Peskov: "İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edəndə görüşməyə razılaşıblar"

"Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə telefonla təbrik edəndə, liderlər oktyabrın 9-da Düşənbədə görüşməyə razılaşıblar".

Oxu.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalist Pavel Zarubinə deyib.

Peskov iki liderin oktyabrın 9-da Tacikistanda keçirilən görüşünə hazırlıq barədə də danışıb:

"Müəyyən hazırlıqlar var idi. Təbii ki, Prezident Əliyev Putini ad günü münasibətilə təbrik etdiyi telefon zəngindən sonra bu görüş üçün son hazırlıqlar görülüb", - Peskov bildirib.

Избранный
14
3
demokrat.az

4Источники