RU

Telefondan ən çox istifadə edən ölkə açıqlandı

Türkiyə ayda 493 dəqiqəyə çatan orta mobil danışıq müddətinə görə Avropada birinci yerdədir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin elektron rabitə sektorunda 405 operator fəaliyyət göstərir, ümumilikdə 751 lisenziya verilib.

“İlin ikinci rübündə 81,8 milyard dəqiqə mobil zəng edilib. Bu, Türkiyənin ayda orta hesabla 493 dəqiqə istifadə etməklə mobil danışıq həcminə görə Avropada lider olduğunu təsdiqləyir”, – deyə Uraloğlu bildirib.

2025-ci ilin ikinci rübünə olan məlumata görə, ölkədə genişzolaqlı abunəçilərin sayı 20,7 milyon stasionar və 76,6 milyon mobil abunəçi olub.

Избранный
13
4
konkret.az

5Источники