Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Yaponiyada aparılan araşdırma arıq insanların COVID-19 xəstəliyini normal çəkiyə malik şəxslərlə müqayisədə daha ağır keçirdiyini üzə çıxarıb.
"Ölkə.az" Musavat.com-a istinadla xəbər verir ki, Yaponiyanın Səhiyyə Təhlükəsizliyi İnstitutu 2020–2022-ci illər ərzində COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilən 46 min nəfər üzərində tədqiqat aparıb.
Tədqiqatçılar koronavirus simptomları ilə bədən kütlə indeksi arasındakı əlaqəni araşdırıblar. Müəyyən olunub ki, arıq xəstələrin normal çəkili şəxslərlə müqayisədə xəstəliyi ağır keçirmə, ürək-ağciyər aparatına qoşulma və ya həyatını itirmə riski 1,74 dəfə daha yüksəkdir.
Xüsusilə 20–64 yaş arası arıq şəxslərdə risklərin daha çox olduğu qeyd olunub. Bu yaş qrupunda arıq insanların xəstəliyi ağır keçirmə ehtimalı normal çəkililərə nisbətən 2,37 dəfə, ölüm riski isə 5,75 dəfə yüksək olub.
Tədqiqatçılar piylənmədən əziyyət çəkən şəxslərin də koronavirusu daha ağır simptomlarla keçirmə ehtimalının yüksək olduğunu vurğulayıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.