RU

Erlinq Haaland rekorda imza atıb

Norveç millisinin hücumçusu Erlinq Haaland rekorda imza atıb.

Day.Az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu milli komandanın heyətində 50 qol həddinə ən tez çatan oyunçu olub.

 

Haaland DÇ-2026-nın seçmə mərhələsinin İsraillə matçında (5:0) het-trik etməklə bunu bacarıb. 25 yaşlı forvard yığmanın heyətində keçirdiyi 46 oyunda 51 qol vurub.

Bundan əvvəlki rekord İngiltərə seçməsinin üzvü Harri Keynə məxsus idi. "Bavariya"nın üzvü 50 qola 71 qarşılaşmada çatıb. 50-yə çatmaq üçün Kilian Mbappe (Fransa) 90, Robert Levandovski (Polşa) 90, Lionel Messi (Argentina) 107, Kriştiano Ronaldo isə 114 oyun gözləməli olub.

Избранный
2
3
day.az

4Источники