RU

Samuel Umtiti məşqçi olmaq istəyir

“Barselona”nın və Fransa millisinin sabiq futbolçusu Samuel Umtiti peşəkar karyerasını başa vurduqdan sonra gələcək planlarından danışıb.

90deqiqe.Az xəbər verir ki, "TF1" sabiq futbolçunun fikirlərini belə çatdırıb:

“Həmişə futbol məşqçisi olmağı düşünmüşəm. Bildiklərimi başqalarına ötürmək istəyirəm. Bu istiqamətdə təhsil almağı planlaşdırıram. Çünki peşəkar futbolçu olmaq bir şeydir, məşqçi olmaq isə tamamilə başqa məsuliyyətdir. Ümid edirəm, bir neçə ildən sonra hər hansı komandanı çalışdıracam” 

Xatırladaq ki, Samuel Umtiti ötən ayın ortalarında 31 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Избранный
24
90deqiqe.az

1Источники