RU

Azərbaycan millisinin baqajı Ukrayna ilə qarşılaşmadan öncə itib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Sabah Polşada 2026-cı il il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baqajı yolda itib.

APA-nın xəbərinə görə, bu barədə polşalı jurnalist Petr Slonka “Telegram” kanalında məlumat yayıb.

Azərbaycan yığması Krakov şəhərinə baqajsız gəlib və bu səbəbdən futbolçular Ukrayna ilə oyundan əvvəl məşqlərə vaxtında başlaya bilməyiblər.

Qeyd edək ki, hazırda Ukrayna 4 xalla qrupda ikinci, Azərbaycan isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
18
apa.az

10Источники