RU

Ukrayana yoxa çıxa bilər Lukaşenko ona işarə etdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Problem Ukrayna Prezidenti Volodimir Zelenskidir. Kiyev rejiminin başçısının razılaşma qabiliyyətinin olmaması çox ciddi nəticələrə səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko  “Moskva. Kreml. Putin” proqramının aparıcısı Pavel Zarubinə verdiyi müsahibədə bildirib.

“Orada vəziyyət çox ciddidir. İstərdim ki, Ukrayna prezidenti mənim təkliflərimi eşitsin və başa düşsün ki, ona Ukrayna ərazisində xoşbəxtlik gətirə biləcək yeganə tərəf slavyan dövlətləridir”- deyə, o qeyd edib.

Lukaşenko vurğulayıb ki, Zelenskinin müharibəni davam etdirmək istəyi ilk növbədə Ukraynanın özü üçün mənfi nəticələr doğuracaq:

“Təcili hərəkət etmək lazımdır. Rusiya cəbhədə irəliləyir. Bunu məsuliyyətlə deyirəm, çünki hər gün prosesi faktiki olaraq izləyirəm. Bu, Ukraynanın dövlət kimi yoxa çıxmasına gətirib çıxara bilər”.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
globalinfo.az

1Источники