Ukrayna yığmasının futbolçusu Georgi Sudakov milli komandamızla oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı cinah hücumçusu yığmanın düşərgəsini tərk edib. O, İslandiya ilə oyunda zədələnmişdi.

Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.