RU

Dövlət hərəkətə keçdi: nazirliklərdə yoxlamalar başlayır – İstintaq…

Bir neçə gün əvvəl Azərbaycanda Hesablama Palatasının Mədəniyyət Nazirliyində yoxlamalara başladığı bildirildi. Məlumata görə, məqsəd dövlət vəsaitlərinin necə xərcləndiyini qiymətləndirməkdir. Vətəndaşlar isə hesab edirlər ki, təkcə sözügedən nazirlik deyil, digər qurumlarda da ciddi yoxlamalara ehtiyac var.

Başqa nazirliklərdə də yoxlamalar başlanacaqmı?

NOCOMMENT.az bildirir ki, Globalinfo.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, büdcədən maliyyələşən bütün təşkilatlarda Hesablama Palatasının planlı və plansız yoxlamalar aparmaq səlahiyyəti var:

“Bu yoxlamaların keçirilməsi xüsusi qanunla tənzimlənir və buna əsasən planlı, yaxud zərurət yaranarsa, plansız yoxlamalar həyata keçirilə bilər. Hazırda maliyyə intizamının möhkəmləndirilməsi məqsədilə Maliyyə Nazirliyi və Hesablama Palatası daha intensiv nəzarət mexanizmləri tətbiq etməyə başlayıblar. Əvvəlki hesabatlar da göstərir ki, bəzi dövlət qurumlarında vəsaitlərin səmərəsiz xərclənməsi halları mövcuddur. Xüsusilə tədbirlərə və nəşrlərə ayrılan vəsaitlər bəzən artıq olur, halbuki onları elektron formada hazırlamaq mümkündür. Ona görə də maliyyə resurslarından səmərəli istifadə və qənaətin təmin olunması mühüm məsələdir. Hesablama Palatası da qanunvericilik çərçivəsində bu istiqamətdə yoxlamalar aparmaq hüququna malikdir”.

sahib

                                                   Sahib Məmmədov

Hüquqşünas qeyd edib ki, sahibkarlıq subyektləri büdcədən yalnız xüsusi hallarda vəsait alırlar, buna görə də əsas nəzarət və yoxlama prosesi dövlət qurumlarına aiddir.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, Hesablama Palatası hər il müxtəlif nazirliklərdə, digər dövlət idarələrində yoxlamalar aparır və çox vaxt effektiv nəticələr əldə edir:

natiq

                                                           Natiq Cəfərli

“Dövlət vəsaitinin qeyri-rasional xərclənməsi ilə bağlı açıqlamalar versə də, təəssüf ki, bundan sonrakı mərhələdə cəza mexanizmləri çox zaman tətbiq edilmir. Bu baxımdan, Palatanın səlahiyyətlərinin artırılmasına ehtiyac var. Onun yoxlamaları ciddi istintaq araşdırmalarının başlanması üçün əsas rol oynamalıdır. Qanunvericilikdə bu barədə müddəalar mövcuddur, lakin bunun daha da təkmilləşdirilməsi vacibdir. Çünki Hesablamalar Palatası hər il dövlət qurumlarında ciddi maliyyə pozuntuları aşkarlayır”.

Избранный
9
1
nocomment.az

2Источники