RU

Bu ölkədə dövlət çevrilişinə cəhd oldu Detallar

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Madaqaskarda dövlət çevrilişinə cəhd olub.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkə prezidenti Andri Rajoelina məlumat verib.

“Ölkədə hakimiyyəti qanunsuz və zorakılıqla ələ keçirməyə cəhd edilib”, – deyə o bildirib.

Məlumata görə, sentyabrın sonunda adada su və elektrik enerjisinin verilişində fasilələr yarandığı üçün iğtişaşlar yaranıb. Antananarivo və digər böyük şəhərlərin sakinləri sosial media vasitəsilə təşkilatlanaraq elektrik enerjisi və su təchizatı tələbi ilə nümayişlər keçiriblər.

Oktyabrın 11-də media CAPSAT (Ordu Şəxsi İdarəetmə Korpusu) qoşunlarının və etirazçıların Antananarivodakı 13 May meydanına daxil olduğunu bildirib. Əsgərlər açıq şəkildə etirazçılara atəş açmaq əmrinə tabe olmaqdan imtina edib və ölkənin digər təhlükəsizlik qüvvələrini onlara dəstək verməyə çağırıblar. Bundan sonra Madaqaskar prezidenti Andry Rajoelina Antananarivonu tərk edib. Lakin bu xəbərlər təkzib olunub.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
globalinfo.az

1Источники