RU

Çin nadir torpaq metallarının ixracına məhdudiyyət qoydu

Çin hökuməti nadir torpaq metalları və onlarla bağlı məhsulların ixracına nəzarət tədbirləri tətbiq edir. Bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Musavat.com xəbər verir ki, Pekin bu addımı “sülhün və regional sabitliyin qorunması məqsədilə” atdığını bəyan edib.

Nazirliyin açıqlamasında vurğulanıb ki, bu cür xammal və məhsullar tez-tez hərbi sahədə istifadə olunur, halbuki qlobal vəziyyət hələ də qeyri-sabit olaraq qalır.

Yeni ixrac məhdudiyyətləri 8 noyabrdan qüvvəyə minəcək.

Musavat.com

Избранный
19
1
musavat.com

2Источники