RU

Məşhur azərbaycanlı idmançı karyerasını BİTİRDİ

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə "Glory" döyüş gecəsi çərçivəsində növbəti qarşılaşmasına çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təmsilçimiz mərakeşli Tarik Xbabezlə üz-üzə gəlib.

Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb və Xbabez yüngül ağır çəki dərəcəsində yeni çempion titulunu qazanıb.

Mətçdən sonra Bəhram Rəcəbzadə peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, Rəcəbzadə indiyədək 72 qələbə, 5 məğlubiyyət və 64 nokautla yadda qalıb.

Milli.Az

Избранный
10
6
milli.az

7Источники