Bu gün Rusiya nəinki özünü ərzaqla tam təmin edir, həm də dünyanın aparıcı qida tədarükçülərindən biridir.
"Ölkə.az" xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizim yüksək keyfiyyətli məhsullarımız - taxıl, bitki yağları, balıq, qənnadı məmulatları və bir çox başqa məhsullar dünyanın 160-dan çox ölkəsində tanınır və yüksək qiymətləndirilir”, - deyə o əlavə edib.