Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş zirvə toplantısı keçiriləcək.
Bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.
Bildirilib ki, “Sülh Sammiti” oktyabrın 13-də baş tutacaq və toplantıya Misir və ABŞ prezidentləri sədrlik edəcək.
Qeyd olunur ki, sammitə 20 ölkənin lideri dəvət olunub.
"Cebheinfo.az"