Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Misirə səfər edəcək.
KONKRET.az xəbər verir ki, Türkiyə prezidenti Şarm əş-Şeyxdə Qəzza ilə əlaqədar keçiriləcək sammitdə iştirak edəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizədə keçirilən iclasındakı çıxışında Qəzzaya səfər edəcəyini demişdi.
Xatırtladaq ki, oktyabrın 13-də Şarm əş-Şeyxdə Qəzza ilə əlaqədar keçiriləcək sammitə Azərbaycan da dəvət olunub.