RU

Əraqçi İranın nüvə fəliyyətindən danışdı: "MAQATE ilə əməkdaşlıq tam dayanıb..."

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı rəsmi şəkildə dayandırıb. Bu barədə ölkənin xarici işlər naziri Abbas Ərakçi açıqlama verib.

Musavat.com xəbər verir ki, Ərakçinin sözlərinə görə, Tehran artıq “Avropa üçlüyü” — Fransa, Böyük Britaniya və Almaniya ilə nüvə məsələləri üzrə danışıqları davam etdirmək üçün əsas görmür.

Nazir qeyd edib ki, Qərbin “ədalətsiz və birtərəfli addımları” İranı bu qərarı verməyə məcbur edib və bundan sonra ölkənin nüvə proqramı yalnız milli maraqlara əsasən idarə olunacaq.

Musavat.com

Избранный
10
musavat.com

1Источники