RU

8-ci dəfə prezidentliyə namizədliyini irəli sürdü - 92 yaşı var

Kamerun prezidenti Pol Biya səkkizinci dəfə namizədliyini irəli sürüb və bazar günü keçiriləcək seçkilərdə qalib gəldiyi halda Afrika dövlətinə 99 yaşınadək rəhbərlik edə biləcək.

Milli.Az xəbər verir ki, 1933-cü ildə anadan olan Biya, artıq 92 yaşında olmasına baxmayaraq, dünyanın ən yaşlı dövlət başçısıdır və irsi yolla hakimiyyətə gəlməyən liderlər arasında hakimiyyətdə qalma müddətinə görə yalnız Ekvatorial Qvineya prezidenti Teodoro Obiang Nguema Mbasoqodan gedirə qalır.

Bazar günü keçiriləcək səsvermədə Kamerunun 29 milyon vətəndaşından yalnız yeddisi qeydiyyatdan keçib.

Kamerunda prezident yeddi il müddətinə, yalnız bir turda və nisbi əksəriyyət sistemi ilə seçilir.

Yəni, qalib gəlmək üçün namizədin sadəcə rəqiblərindən daha çox səs toplaması kifayətdir. /APA

Milli.Az

Избранный
7
11
milli.az

10Источники