RU

"Monako"nun yeni baş məşqçisi açıqlandı

style='margin-bottom:10px;'>

"Monako"nun yeni  baş məşqçisi açıqlanıb.

QOL.az xəbər verir ki, komandanı Belçika millisinin 38 yaşlı sabiq futbolçusu Sebastyen Poqoknoli çalışdıracaq.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Poqoknoli ötən gün klubdan ayrılan Adi Hütteri əvəzləyib.

Qeyd edək ki, belçikalı mütəxəssis "Genk"in gənclər komandalarını və Belçika U-18 milli komandasını çalışdırıb. 2024-cü ilin yayından bəri Poqoknoli "Union"un əsas komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Избранный
26
3
teleqraf.com

6Источники