RU

ABŞ-da hərbi zavodda DƏHŞƏTLİ PARTLAYIŞ

ABŞ-ın Tennessi ştatında yerləşən "Accurate Energetic Systems" zavodunda baş vermiş güclü partlayış müəssisəni tamamilə məhv edib.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayış 16 nəfərin həyatına son qoyub.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, 20 kilometr radiusda yerləşən evlər titrəyib. Yerli sakinlərdən biri evinin uçduğunu düşündüyünü bildirib. Hadisə yerində yalnız yanmış konstruksiyalar, əyilmiş metal parçaları və yanmış avtomobillər qalıb. Rəsmi qurumlar sağ qalanların olmadığını açıqlayıb.

Zavod ABŞ ordusu üçün partlayıcı maddələrin istehsalı və tədqiqatı ilə məşğul olub. Partlayışın səbəbləri hələlik məlum deyil. İstintaqçılar yanmış ərazini hər metr üzrə araşdıraraq sübutlar axtarırlar.

Избранный
17
27
publika.az

10Источники