RU

Neymar Messi ilə yenidən birləşə bilər

Braziliyalı cinah oyunçusu Neymar “İnter Mayami” klubunun futbolçusu ola bilər. SİA xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, futbolçunun nümayəndələri mümkün transferin potensial faydasını qəbul edirlər, baxmayaraq ki, rəsmi danışıqlar hələ başlamayıb.

Əgər bu transfer baş tutarsa, Neymar “Barselona”da birlikdə çıxış etdiyi argentinalı Lionel Messi ilə yenidən bir komandada oynayacaq. İyulun 25-də Braziliyanın “Santos” klubu Neymarla müqavilə imzaladığını açıqlayıb. 33 yaşlı futbolçunun klubla olan müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir və müddət bitdikdən sonra uzadılma imkanı nəzərdə tutulur.

2025-ci il yanvarın 28-də məlum olub ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Neymarla olan müqaviləni ləğv edib. Neymar 2023-cü ilin yayında Fransanın “Paris Sen-Jermen” klubundan €90 milyon qarşılığında “Əl-Hilal”a keçmişdi. Yeni komandasında cəmi beş oyun keçirib və bir qol vurub. 2023-cü il oktyabrın 18-də Braziliya yığmasının Uruqvayla oyununda Neymar ciddi zədə alıb — onun çarpaz bağları və meniskisi qopmuşdu. Bərpa prosesi bir ildən çox çəkib və o, ilk dəfə 2024-cü ilin noyabrında meydana çıxıb. Neymar həmçinin “Barselona” klubunun heyətində çıxış edib və UEFA Çempionlar Liqasının qalibi olub.

Избранный
9
sia.az

1Источники