RU

Albaniyanın hücumçusu vurduğu qolu qeyd etdiyi üçün sarı vərəqə alıb - FOTO

Albaniyalı hücumçu Roy Manay DÇ-2026-nın Avropa seçmə mərhələsi çərçivəsində K qrupunun 7-ci turunda Serbiya ilə oyunda qol vurandan sonra sarı vərəqə alıb.

İdman.Biz bildirir ki, forvard əlləri ilə ölkənin gerbi və müstəqilliyinin rəmzi olan “Albaniya qartalı”nı göstərib.

Belqraddakı Rayko Mitiç stadionunda keçirilən qarşılaşma. 1:0 hesabı ilə albaniyalıların xeyrinə qurtarıb.

Oyunda yeganə qolu 45+2-ci dəqiqədə Manay vurub.

Beş oyundan sonra Serbiya yeddi xalı var və K qrupunda üçüncüdür. Albaniya millisi altı oyundan 11 xal toplayıb və ikinci yerdədir.

İdman.Biz

Избранный
4
1
idman.biz

2Источники